Sizin reklam burada
Sizin reklam burada

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil” kuboku yarışı keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil” kuboku yarışı keçiriləcək Bu il mayın 7-də və 8-də Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi,“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı iləÜmummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil” kuboku yarışı keçiriləcək.
Yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək şahmatçıları iştirak edəcəklər. Yarış 2 mərhələdən ibarətdir: seçmə və final mərhələsi. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.
Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.
Yarışın internet səhifəsi: https://www.itc2021.tehsilchess.az/

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ