Sizin reklam burada
Sizin reklam burada
  • “Qurban Qurbanovdan yeni şeylər öyrəndim” – Kevin Medina

    “Qurban Qurbanovdan yeni şeylər öyrəndim” – Kevin Medina “Portuqaliyada futbol Azərbaycanla müqayisədə taktiki və fiziki hazırlığa daha çox əsaslanır”.
    Bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
    Mövsüümün əvvəlində Portuqaliyanın “Çaves” klubundan Azərbaycan çempionuna keçən 27 yaşlı futbolçu baş məşqçi Qurban Qurbanovdan çox şey öyrəndiyini söyləyib: “Baş məşqçimiz çox yaxşı insandır və xoşuma gələn iş üslubu var. Qurban Qurbanovun rəhbərliyi altında yeni şeylər öyrəndim. Futbolçulara aşıladığı inam bizim üçün böyük qazancdır. Məşqçinin yaratdığı sərbəstliyi və rahatlığı çox yüksək qiymətləndirirəm. İspan üslubuna yaxındır, topla çox oynamağı sevir”.
    Kolumbiyalı mərkəz müdafiəçisi ölkəsinə qayıtmağı düşünmədiyini əlavə edib: “Kolumbiyaya qayıtmaq istəmirəm. Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq mənim üçün daha cəlbedicidir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ