Sizin reklam burada
Sizin reklam burada
  • APOEL-"Qarabağ" matçının hakimləri AÇIQLANDI

    APOEL-"Qarabağ" matçının hakimləri AÇIQLANDI Kiprdə APOEL və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
    Avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşmaya italiyalı hakimlər briqadasına həvalə olunub.
    POEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
    Baş hakim: Davide Massa
    Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
    Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
    Hakim-inspektor: Vladimir Antonov (Moldova)
    UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)
    Beynəlxalq miqyasda hakimliyə 2014-cü ildə başlayan Massa indiyədək həm Kipr APOEL-i, həm də "Qarabağ"ın bir oyununu idarə edib. 38 yaşlı referi Kipr təmsilçisinin 2015/2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar"la Makedoniyada keçirdiyi oyunda iş başında olub. Həmin görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Təcrübəli baş hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduğu II tur matçında da fit çalıb. Massanın ilk oyunlarından biri isə 2014/2015 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"inin (indiki "Keşlə") İsveçdə "Elfsborq"a 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaya təsadüf edib.
    Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ