
Zeynəb Cavadlının şəxsi feysbuk səhifəsindən yayımladığı müraciətində deyilir:
“Əziz dostlar, hörmətli media nümayəndələri,
Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik.
Bu illər ərzində mən hər zaman sizlərə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.
Sizdən xahiş edirəm ki, mənim icazəm olmadan ailəm barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.
Mənim ailəm – mənim şəxsi həyatımdır.
Bu mövzuda mediaya heç bir açıqlama vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuat etik qaydalarına riayət edəsiniz.
Təşəkkür edirəm”.