Sizin reklam burada
Sizin reklam burada
  • İtaliya A Seriyası: “Milan” vacib qələbə qazanıb

    İtaliya A Seriyası: “Milan” vacib qələbə qazanıb Mayın 6-da İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub.
    Turun sonuncu qarşılaşması "San Siro” stadionunda təşkil olunub. "Milan” doğma azarkeşlər önündə "Bolonya” klubunu qəbul edib.
    Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:1.
    Oyunda hesabı Milan təmsilçisi açıb. Suso adını tabloya yazdırıb - 1:0. Qarşılaşmanın növbəti qolu ikinci hissəsinin 67-ci dəqiqəsində vurulub. Qapıçının qaytardığı topu hamıdan tez yetişən Fabio Borini bir toxunuşla qapıdan keçirdib 2:0. Oyunun 72-ci dəqiqəsində hesab arasındakı fərqi azalıb. Meydana təzəlikcə girən Matias Destro adını tabloya yazdırıb - 2:1.
    Matçın 74-cü dəqiqəsində maydan sahiblərin futbolçusu Lukas Paketa ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.
    Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
    Bu qələbə sayəsində "Milan” xalların sayını 59-a çatdıraraq turnir cədvəlində beşinci, "Bolonya” isə 37 xalla 15-ci yerdə qərarlaşıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ