Sizin reklam burada
Sizin reklam burada
  • Klubdan qovulduğunu "Twitter"də gördü

    Klubdan qovulduğunu "Twitter"də gördü Fransa millisinin sabiq futbolçusu Floren Maluda məşqçi kimi fəaliyyətə başladığı İsveçrənin "Sürix" klubundan qovulub.
    Klub "Twitter" hesabında Maludayla yolları ayırdığını bəyan edib. Bu paylaşımdan bir neçə dəqiqə sonra Maluda "Həqiqətən? Bunu bilmirdim", - deyə rəy yazıb.
    Maludanın "Sürix" klubundakı fəaliyyəti 42 gün çəkib. 38 yaşlı mütəxəssis əsas komandada və akademiyada hücumçu məşqçisi kimi çalışırdı.
    Qeyd edək ki, Maluda "Qenqam", "Lion", "Çelsi", "Trabzonspor" kimi klublarda oynayıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ