"Liverpul” 27 yaşlı italiyalı futbolçunun transferi üçün qış transfer pəncərəsində "Napoli”yə 70 milyon avroluq təklif irəli sürüb. Lakin İtaliya klubu bu məbləğlə razılaşmayaraq 150 milyon avro tələb edib.
Futbolçunun "Napoli” ilə müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq. O, cari mövsümdə İtaliya çempionatında 19 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
