
Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti sədri İqor Koçetov açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, səkkiz şübhəli oyun haqqında artıq lazımi orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib. Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir.