Sizin reklam burada
Sizin reklam burada

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi “Liverpul” klubunun və İngiltərə yığmasının sabiq futbolçusu Stiven Cerrard karyerasını bitirib.
Xarici media məlumat verir ki, bunu 36 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.
Cerrard hələ bir müddət əvvəl bildirmişdi ki, “Los Anceles Qalaksi” ilə müqaviləsinin müddəti başa çatan kimi, karyerasını yekunlaşdıracaq. Təcrübəli futbolçu sözünün üstündə duraraq, butslarını mismardan asıb.
Qeyd edək ki, 1998-2015-ci illər ərzində “Liverpul”un formasını geyinmiş Cerrard “qırmızılar”ın heyətində ümumilikdə 710 oyunda 186 qola imza atıb. O, 2000-2014-cü illər ərzində şərəfini qoruduğu İngiltərə yığmasında isə 114 matçda 21 dəfə fərqlənib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ