Sizin reklam burada
Sizin reklam burada

"Araz" UEFA kubokuna məğlubiyyətlə başladı

"Araz" UEFA kubokuna məğlubiyyətlə başladı Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib. B qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” ilk oyununa çıxıb.
Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın “Nasional” klubu ilə görüşüblər. Zaqrebdə baş tutan qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoriti olsalar da, yekunda məğlub olublar.
İlk turun qrupumuzdakı digər oyununda UEFA kubokunun hazırkı sahibi Rusiya “Yuqra”sı ilə elit-raundun debütantı olan Almaniya “Hamburq”unu məğlub edib - 4:0.
23 noyabr
UEFA kuboku, Elit raund
B qrupu, I tur
“Nasional” (Xorvatiya) - “Araz” (Azərbaycan) - 2:1
Qol: Novak, 36, 39.51 - Fineo, 39.59
“Yuqra” (Rusiya) - “Hamburq” (Almaniya) - 4:0

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ