Sizin reklam burada
Sizin reklam burada

"Qarabağ" üçün mühüm gün

"Qarabağ" üçün mühüm gün Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ” da növbəti oynununa çıxacaq.
J qrupunda çıxış edən “Qarabağ” üçün bugünkü oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar “Slovan”la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdir. Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi. Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində “Fiorentina”nı məğlub etməməlidir. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.
Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan “Qarabağ” autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan “Qarabağ” ardıcıl 3-cü qələbəsinə köklənib.
Digər təmsilçimiz “Qəbələ” isə Belçikanın “Anderlext” klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk xal üçün “döyüşəcək”. Ardıcıl 5 görüşdə uduzan “qırmızı-qaralar” belçikalılarla ev oyunlarımızdakı uğurlu ənənəni davam etdirməyə iddialıdır. Belə ki, avrokuboklardakı bütün ev matçlarında klublarımız bu ölkədən olan rəqiblərini üstələyib. Lakin “Qəbələ” bu dəfə meydana baş məşqçisiz çıxacaq. Belə ki, cəzalı olan Qriqorçuk komandasını texniki zonadan kənardan idarə etməyə məcburdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ