Sizin reklam burada
Sizin reklam burada

Rıdvan Dilmən prezident olmaq istəyir

Rıdvan Dilmən prezident olmaq istəyir  “Fənərbağça”nın veteran futbolçusu, tanınmış şərhçi Rıdvan Dilmən Türkiyə Futbol Federasiyasının prezidenti olmaq istəyir. Türkiyə mediası xəbər verir ki, Rıdvan Dilmən səhhəti imkan verərsə, 2019-cu ildə federasiya prezidentliyinə seçkilərdə iştirak edəcəyini bəyan edib. O, Türkiyə millisinin koordinatorluğu vəzifəsini də icra edə biləcəyini deyib.
Qeyd edək ki, TFF-nin hazırki sədri məşhur biznesmen Yıldırım Dəmirörəndir və onun səlahiyyət müddəti 2019-cu ildə bitəcək. R.Dilmən isə “Fənərbağça” klubuna və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana yaxınlığı ilə tanınır. Onun millinin hazırki baş məşqçisi Fatih Terimlə münasibətləri yaxşı deyil.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ