
Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir deyib ki, bu istiqamətdə nəzərdə tutulan bütün işlər plan üzrə uğurla gedir: “İşlərin hamısı cədvəl üzrə öz qaydasında gedir, bununla bağlı heç bir problem yoxdur. Heç indiyədək olubmu ki, biz işləri vaxtında çatdırmayaq? Xeyr, olmayıb. Ona görə də bu işlər də vaxtında yüksək səviyyədə görülüb, başa çatdırılacaq”.
A.Rəhimov əlavə edib ki, “Formula 1” yarışlarına hazırlıq işləri uğurla davam etdirilir.