Sizin reklam burada
Sizin reklam burada

Şahmat turniri başa çatıb

Şahmat turniri başa çatıb İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan 9 noyabr "Dövlət Bayraq Günü" və 12 noyabr "Konstitusiya Günü"nə həsr olunmuş şahmat turniri başa çatıb. Nazirlikdən verilən məlumata görə, Azərbaycan Şahmat Federasiyasında keçirilən turnir İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.
Turnirin təşkil olunmasında məqsəd ölkəmiz üçün önəmli olan günlərin bir daha xatırladılması, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliğidir.
Turnirdə 1-ci yeri Sənan Quliyev, 2-ci yeri Fazil Alməmmədov, 3-cü yeri Tünar Quluyeva tutub.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə yüksək nəticələr göstərmiş iştirakçılar və qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ