Sizin reklam burada
Sizin reklam burada

Bir gündə 6 nəfəri maşın vurub - 3 ölü, 3 yaralı

Bir gündə 6 nəfəri maşın vurub - 3 ölü, 3 yaralı Azərbaycanda bir gündə altı nəfəri maşın vurub.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, noyabrın 10-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulub. Onlar xəstəxanaya yerləşdirilib, Ə.Əliyev orada ölüb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü Müşfiqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.
Noyabrın 10-da daha iki piyadanın vurulması ilə nəticələnən yol qəzası Salyanda qeydə alınıb. Şəhər ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakni Səidə Qədirova vurulub. Nəticə S.Qədirova hadisə yerində ölüb, G.Camalova isə xəstəxanaya yerləşdirilib.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "QAZel" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılıb.
Bundan başqa, elə həmin gün saat 21 radələrində Salyan rayonunun Xıdırlı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ