Sizin reklam burada
Sizin reklam burada
  • Binəqədidə yanan bina ilə bağlı məhkəmə prosesi davam edir

    Binəqədidə yanan bina ilə bağlı məhkəmə prosesi davam edir Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.
    Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Ələkbər Əsgərov ifadə verib. O, nədə təqsirləndirildiyini bilmədiyini deyib, hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu vurğulayıb.
    2010-cu ildən rəsmi müqavilə ilə "Global Stor" MMC-nin baş direktoru olan Ə. Əsgərov şirkətin yalnız sifarişləri həyata keçirdiyini xatırladıb. O, "polueturan" məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini söyləyib.
    Təqsirləndirilən şəxs qeyd edib ki, yanğın baş verən ünvana getsələr də, tıxaca düşüblər: “Yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq. Çatanda gördük ki, MTN əməkdaşları içəridədir. Özlərini MTN əməkdaşı kimi təqdim etdilər. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokuroluq əməkdaşalrı gəldi. Mən onlarla birlikdə getdim”.
    Proses günün ikinci yarısında davam edəcək.
    Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
    Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
    Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ