Gəncədə telekommunikasiya naqillərini oğurlayan şəxslər saxlanılıblar
Hadisə
12-09-2024, 10:06
179
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki telekommunikasiya naqillərini oğurlayan Muraz Cəfərov və Asif Ələkbərov saxlanılıblar. DİN-in mətbuat xidmətinin Gəncə regional bölməsindən verilən məlumata görə, onlar ümumi dəyəri 29224 manat olan 4503 metr uzunluğundakı naqilləri metal qəbulu məntəqələrinə satıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.