Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
