Sizin reklam burada
Sizin reklam burada
  • Xəzərdə baş vermiş zəlzələ gəmilərin hərəkətinə necə təsir edib? - AÇIQLAMA

    Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.
    Zəlzələ Xəzər dənizindəki gəmilərin hərəkətinə necə təsir edib?
    Məsələ ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, gəmilərinin hərəkətində heç bir problem yaranmayıb.
    "Gəmilər adi qaydada fəaliyyətlərini davam etdirirlər", - məlumatda qeyd olunub.
    Qeyd edək ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ