Sizin reklam burada
Sizin reklam burada
  • Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

    Atributinfo.az xəbər verir ki, iyunun 4-də 1978-ci il təvəllüdlü Elşad İsmayılovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
    Saatlı Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin qeyd edilən tarixdə Saatlı şəhərində yerləşən yaşadığı evdə qohumu Elşad İsmayılovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Kənan Nərimanzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ