Sizin reklam burada
Sizin reklam burada
  • Xızıda bir dam altında tikilən evlər yanıb, 1 nəfər xəsarət alıb

    Atributinfo.az xəbər verir ki, Xızı rayonunda yanğın baş verib.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ