Betonqarışdıran maşın 78 yaşlı qadını vurub öldürdü
Hadisə
11-09-2023, 20:53
185
Atributinfo.az xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhəri hissəsində ağır qəza baş verib. Mürşüd Muradov idarə etdiyi "Man" markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən 78 yaşlı Süleymanova Rəxşəndəni vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.