Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum”, sularda xilasetmə məntəqəsinin ərazisində, "Şirvan", “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
/atributinfo.az/
