Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda texniki müayinədən keçməyən krandan istifadənin qarşısı alınıb

    Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən “Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranda plan üzrə yoxlama aparılıb.
    FHN-dən aldığımız məlumata görə, yoxlama zamanı göstərilən ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.
    Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.

    Hüseynbala Həsən
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ