Sizin reklam burada
Sizin reklam burada
  • "Instagram"da tanış olduğu yeniyetmə qızı hamilə qoydu - Azərbaycanda

    İsmayıllıda yeniyetmə qızla cinsi əlaqədə olan şəxs həbs olunub.
    "Unikal"ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü, İsmayıllı şəhər sakini Asiman Kazımov İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdi olan Nəzrin adlı qızla "Instagram"da tanış olub. Onlar "Instagram"da və "WhatsApp"da mesajlaşmağa başlayıblar. Tez-tez görüşən Asiman və Nəzrin bir neçə dəfə cinsi əlaqədə olublar.
    Bir müddət sonra Nəzrin hamilə olduğunu öyrənib.
    Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılıb.
    İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Asiman 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ