Sizin reklam burada
Sizin reklam burada

Kürdəmirdə avtomobil kanala düşüb, ölən var

Kürdəmirdə avtomobil kanala düşüb, ölən var Kürdəmirdə avtomobil kanala düşüb, ölən var.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarasaqqal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili dərinliyi təqribən 2 metr olan su kanalına aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ