
Hadisə yanvarın 25-də axşam saatlarında rayonun Xatınlı kəndi ərazisində baş verib. Rayon sakini Əhməd Əhmədovun idarə etdiyi VAZ "21O1" markali minik avtomobili "VAZ 2106" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Ə.Əhmədov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanıb.