Sizin reklam burada
Sizin reklam burada
  • Aprel döyüşləri zamanı sarsıntı keçirən qadının FACİƏVİ SONU

    Aprel döyüşləri zamanı sarsıntı keçirən qadının FACİƏVİ SONU Ağdam rayonunda 33 yaşlı qadının intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Xındırıstan qəsəbə sakini, 33 yaşlı Vüsalə Quliyeva yanvarın 15-də özünü zəhərləyəndən sonra Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində gətirilib. Həkimlərin səyinə baxmayaraq o, yanvarın 24-də Bakıda vəfat edib.
    Yaxınlarının bildirdiyinə görə, ailəli olan V.Quliyevanın psixi durumunda son zamanlar problemlər yaranıb. Keçən ilin aprel ayında Qarabağda başlayan hərbi əməliyyatlar zamanı cəbhəyə yaxın yaşayış yerlərinin bir çox sakini kimi o da sarsıntı keçirib. O, uzun müddət həmin sarsıntının altında olub və ağır psixi durumdan çıxa bilməyib.
    Bildirilib ki, 33 yaşlı qadın bədəninə iynə vasitəsi ilə novokain, dimidrol və heyvanlarda gənəyə qarşı istifadə edilən neostomosan məhlulu yeridib.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ