Sizin reklam burada
Sizin reklam burada

Dövlət sərhəddini pozan dörd nəfər SAXLANILDI

Dövlət sərhəddini pozan dörd nəfər SAXLANILDI Dövlət sərhəddini pozan şəxslər saxlanılıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Sentyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən Əfqanıstan Respublikasının vətəndaşları - 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İrandan Azərbaycana, daha sonra Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ