
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.