
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. V.Ələkbərov ifadəsində həmin narkotik tərkibli bitkiləri iki ay əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.