Sizin reklam burada
Sizin reklam burada

Qubada dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin işi məhkəməyə göndərildi

Qubada dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin işi məhkəməyə göndərildi Qubada dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin işi məhkəməyə göndərilib.
Quba Rayon Prokurorluğundan verilən məlumata görə, 2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Müəyyən edilmişdir ki, Laləzər Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurub.
Toplanmış sübutlar əsasında Laləzar Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilmib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ