Sizin reklam burada
Sizin reklam burada

Bakıda evdən oğurluq edən şəxslərə hökm oxunub

Bakıda evdən oğurluq edən şəxslərə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən - Rəşad Əzimov, Mərhəmət Sədirov və Nahid Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Əzimov 9 il, M. Sədirov 8 il 6 ay, N. Həsənov 8 il müddətində azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Mərhəmət Sədirov, Nahid Həsənov və Rəşad Əzimov Bakı Şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, onlar Xəzər rayon Şüvəlan qəsəbə sakini Zaur Aslanovun evindən xeyli məişət, geyim əşyaları, velosiped, antik samovar və xəncərlər oğurlayıblar. Dindirmə zamanı Mərhəmət Sədirov bildirib ki, o Zaur Aslanova məxsus mebel sexində işləyib. Uzun müddət işləsə də, əmək haqqını ala bilməyib və qisas məqsədi ilə müdirinin evini qarət ediblər.
Polis Mərhəmət Sədirov, Nahid Həsənov və Rəşad Əzimovu saxlayarkən oğurluq əşyalarla yanaşı 19 kiloqram da marixuana aşkar edib. Rəşad Əzimov əvvəllər də quldurluq maddəsi ilə məhkum olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ