Sizin reklam burada
Sizin reklam burada

Salyanda 29 yaşlı oğlan qətlə yetirilib

Salyanda 29 yaşlı oğlan qətlə yetirilib Hadisə səhər saatlarında Salyan şəhərində qeydə alınıb. Salyan şəhəri Elçin İmanov küçəsi - 18 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Rzayev Nizami Müqabil oğlu həmyerlisi, 1969-cu il təvəllüdlü Rəsulov Ədalət Adil oğlu tərəfindən bıçaqlanıb.
Beş bıçaq yarası ilə Salyan Mərkəz Rayon Xəstəxanasına çatdırılan N. Rzayev xəstəxanada cərrahiyyə əməliyyatı zamanı ölüb.
Ə. Rəsulov saxalnılıb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ