Sizin reklam burada
Sizin reklam burada

Sosial yardım "düzəldən" dələduz tutuldu

Sosial yardım "düzəldən" dələduz tutuldu Salyan Rayon Polis Şöbəsi əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirildiyinə görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.
Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Salyan rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ