Sizin reklam burada
Sizin reklam burada

Ağdamda qolları məftillə bağlı insan qalıqları tapıldı - VİDEO

Ağdamda qolları məftillə bağlı insan qalıqları tapıldı - VİDEO Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
Ağdam rayonun işğaldan azad olunan ərazilərində insan skeletləri aşkarlanıb.
APA TV-yə istinadla bildiririk ki, hadisə rayonun Uzundərə adalan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən əlləri və qolları məftillə bağlanmış insan qalıqları tapılıb.
Hadisə yerinə baxış keçirən polis və prokurorluq orqanlarının əməkdaşları qalıqları ekskumasiya edərək aidiyyatı üzrə tibbi ekspertizaya göndəriblər.
Qeyd edək ki, Ağdam şəhəri və Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub.
Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarətində olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ