Sizin reklam burada
Sizin reklam burada

Toya getdiyi üçün məhkəməyə verildi, 111 nəfər...

Toya getdiyi üçün məhkəməyə verildi, 111 nəfər... Oktyabrın 11-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və bölgələrdə ümumilikdə 63 toy məclisində yoxlama aparıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən xəbərə görə, monitorinq 57 şadlıq sarayı və 6 həyətyanı sahədə keçirilən toy məclislərini əhatə edib. Yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Bir nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib.
111 nəfər isə COVID-19 pasportu olmadığı üçün toya buraxılmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ