Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb Sumqayıtda qətl törədən şəxs saxlanılıb.
Şəhər Prokurorluğundan verilən məlumata görə, oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ