Sizin reklam burada
Sizin reklam burada

Bakıda neft quyularından 1 MİLYONLUQ oğurluq

Bakıda neft quyularından 1 MİLYONLUQ oğurluq Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyinə istinadən bildiririk ki, avqustun 31-də Qaradağ rayonu ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları (təxminən 1 milyon 6 min manat) dəyərində mühərrik və generatorun hissələrini oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ