Sizin reklam burada
Sizin reklam burada

İlin birinci yarısında 756 yol qəzası baş verib, 290 nəfər həlak olub

İlin birinci yarısında 756 yol qəzası baş verib, 290 nəfər həlak olub 2021-ci ilin birinci yarısında respublikada baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən​ 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290​ nəfər həlak olub,​ 698​ nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.​ Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin​ sayı 4 (-0,5%) fakt,​ ölənlərin​ sayı 35 (-10,8%) nəfər, yaralananların​ sayı isə 3​ (-0,4%)​ nəfər azalıb​
Müəyyən edilib ki, sürücülər tərəfindən​ yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%)​ yol-nəqliyyat hadisəsi​ (piyadalar tərəfindən 18 - 2,4%)​ baş verib. Bu qayda pozuntularının 302-si (39,9%)​ nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i​ (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u​ (1,3%)​ nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı).
Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma​ 66-8,7%). Həlak olan​ 290​ nəfərdən (qadınlar 53 nəfər,​ 7-16 yaş​ 26​ nəfər,) 123-ü piyada, 87-i sürücü,​ 68-i sərnişin,​ 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ