Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda general qardaşı olan polis rəisi ÖZÜNÜ GÜLLƏLƏDİ - YENİLƏNİB

Azərbaycanda general qardaşı olan polis rəisi ÖZÜNÜ GÜLLƏLƏDİ - YENİLƏNİB İyulun 9-da saat 11 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.
***
12:01
Bakıda polis rəisi intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Mirzəyevin təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşı olduğu bildirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ