Sizin reklam burada
Sizin reklam burada

Moskvada intihar edən məmur azərbaycanlıdır: "Kaspiyski qrup", rep...yaxınları şokda - YENİLƏNİB

Moskvada intihar edən məmur azərbaycanlıdır: "Kaspiyski qrup", rep...yaxınları şokda - YENİLƏNİB Moskvada azərbaycanlı məhkəmə icraçısı Cəmil Əhmədovun intiharı ilə bağlı ilkin ehtimallar irəli sürülüb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, ehtimal olunur ki, Axundov maddi problemlər üzündən intihara qərar verib.
Onun çox borcu olduğu bildirilir.
Bundan əlavə, son vaxtlar icra məmurunun iş yerindəki gərginlikdən qohumlarına şikayət etdiyi də yazılır.
***
14:52
Bu gün Moskvada özünü güllələyən Cəmil Axundov artıq 2 il idi ki, bu vəzifədə işləyirdi. Məlumata görə, onun iş ilə bağlı heç bir problemi olmayıb. O, özünü ən yaxşı kadrlardan biri kimi sübut edib. Gənc və sağlam olan Cəmil Axundovun özünü niyə öldürdüyü yaxınlarına da məlum deyil. Onlar şokdadılar.
Aldığımız məlumatlara görə, Cəmil Axundov musiqi ilə də yaxından maraqlanırmış və pianoda da yaxşı ifa edirmiş. O, azərbaycanlılardan ibarət "Kaspiyski qrup" rep qrupunun pərəstişkarı imiş.
Cəmil milliyətcə azərbaycanlıydı.
***
13:32
Moskvanın Xoroşevski məhkəməsində bu günü səhər fövqəladə hadisə baş verib.
Rusiya mediasının verdiyi xəbərə görə, 27 yaşlı məhkəmə icraçısı olan bir işçi intihar edib.
Meyitin yaxınlığında xidməti silah tapılıb. Onun meyiti məhkəmənin tualetində tapılıb.
Məlumata görə, intihar edənin kiçik icra məmuru Cəmil Axundovdur.
İntiharın səbəbləri araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ