Sizin reklam burada
Sizin reklam burada
  • Laçında QƏZA: İki hərbçimiz həlak oldu

    Laçında QƏZA: İki hərbçimiz həlak oldu İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    Müdafiə Nazirliyindən verilən xəbərə görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olublar.
    Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
    Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ