Sizin reklam burada
Sizin reklam burada

General-leytenant Rövşən Əkbərov həbs edilib - Baş Prokurorluq

General-leytenant Rövşən Əkbərov həbs edilib - Baş Prokurorluq Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlər doğrudur.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Xatırladaq ki, daha əvvəl mətbuatda R. Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
***
Müdafiə Nazirliyinin sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri bilinib.
R.Əkbərov qəsdən adam öldürməkdə təqsirləndirilib.
Məlumata görə, o, Ukraynada baş verən qətl hadisəsində günahlandırılıb. Ukrayna hüquq-mühafizə orqanının məlumatı əsasında R.Əkbərov saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Əkbərov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ