Sizin reklam burada
Sizin reklam burada

Bərdədə qız sevgilisini niyə yandırdı? - TƏFƏRRÜATLAR

Bərdədə qız sevgilisini niyə yandırdı? - TƏFƏRRÜATLAR Bərdə rayonunda qadının sevgilisini yandırmasının təfərrüatları məlum olub.
Hadisə martın 7-də baş verib. Bakı şəhər sakini, 25 yaşlı Əliəhəd Eyvazov yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanadan bildiriblər ki, Ə.Eyvazov sifətinin hər iki tərəfi, qulağın, boyunun ön və arxa səthinin, döş qəfəsinin yuxarı hissəsi, hər iki əlinin 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
Hadisənin təfərrüatı barədə danışan Ə. Eyvazovun anası Sevil Eyvazova bildirib ki, hadisə qızla oğlanın evlənməsi üstündə baş verib. Bir dəfə ailəli olmuş və bir uşaqla boşanan 33 yaşlı Sevinc Məmmədova sosial şəbəkələr vasitəsilə Bakıda Əliəhəd Eyvazovla tanış olub. Sevgili olan cütlük bir müddətdən sonra evlənməyə qərar versə də, oğlanın anası buna etiraz edib. Nəticədə oğlanla qız ayrılıb. Ana oğlunun özündən böyük və boşanmış bir uşaq anası ilə evlənməsinə razılıq verməyib. Bundan sonra sevgililər ayrılıb.
Martın 7-də qızın atası, Bərdə rayon sakini Natiq Məmmədov Ə.Eyvazova zəng vuraraq onunla görüşmək istədiyini deyib və bunun üçün onun Bərdə rayonuna gəlməsini istəyib.
Ə.Eyvazov Bərdəyə gedib. Burada N.Məmmədov Ə.Eyvazovla restoranda yeyib-içəndən sonra oğlanı evinə aparıb. Ə.Eyvazov evə daxil olan kimi N.Məmmədov onun qollarını tutub, qızı Sevinc Məmmədova isə bir şüşə spirti oğlanın başına tökərək ona od vurub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ