Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsininəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılantədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.