Sizin reklam burada
Sizin reklam burada

Qadının evindən 38 min oğurlayana 11 həbs cəzası verildi

Qadının evindən 38 min oğurlayana 11 həbs cəzası verildi Oğurluqda təqsirləndirilən Elmin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E. Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Qasımov Təranə Qubadovanın evinə girib. O, mənzildən 37 min 971 manat məbləğində oğurluq edib. Ona Cinayət Məcəlləsinin 177.3.2( külli miqdarda ziyan vurmaqla, oğurluq) maddəsi ilə ittiham verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ