
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Bilgəh qəsəbəsi ərazisində dəniz kənarında 45-50 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Meyit çürümüş vəziyyətdə olub.
Ekspertlərin rəyinə görə, meyiti tapılan şəxs 2 ay əvvəl suda boğulub. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Polisdən bildirilib ki, meyiti tapılan şəxs müsəlman deyil, çünki sünnət olunmayıb. Hazırda həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.