Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə avtomobili divara çırpılan sürücü xəstəxanada ölüb

Şəmkirdə avtomobili divara çırpılan sürücü xəstəxanada ölüb Ötən gecə Şəmkirdə avtomobilin divara çırpılması nəticəsində ağır xəsarət alan sürücü xəstəxanada ölüb. Ötən gecə rayonun Posanlı kənd sakini, 1969-cu il təvəllüdlü Eynar İsmayılov idarə etdiyi “VAZ 2107” markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan divara çırpılıb. Qəza zamanı xəsarət alana sürücü əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
E. İsmayılov orada vəfat edib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ