Sizin reklam burada
Sizin reklam burada
  • Həbsdəki "MTN əməkdaşı"na telefon keçirmək istədilər

    Həbsdəki "MTN əməkdaşı"na telefon keçirmək istədilər Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
    Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.1; 182.2.1; 182.2.4; 310 və 66.3-cü maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Babək Elbrus oğlu ilə qısamüddətli görüşə gəlmiş bibisi oğlu Daşkəsən rayon sakini Rəsulov Ədalət Əlağa oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki pencəyin cibində 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
    Faktla bağlı araşdırma aparılır.
    Qeyd edək ki, Babək Həsənov özünü MTN əməkdaşı kimi təqdim edərək iş adamını oğurlayıb 30 min manat tələb etməkdə təqsirli bilinib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ